Koronavirusla bağlı metroda zarafat etdi, aləm bir-birinə dəydi - VİDEO

11-02-2020, 00:06           
Koronavirusla bağlı metroda zarafat etdi, aləm bir-birinə dəydi - VİDEO
Rusiya paytaxtında koronavirusla bağlı zarafat edən şəxs həbs olunub.

KONKRET.az xəbər verir ki, metroda çəkilən videoda gənc oğlanın yerə yıxılıb virusa yoluxma imitasiyası etdiyi görünür. Əvvəlcə iki nəfər ona kömək etmək fikrinə düşür. Yerə yıxılanın titrədiyini görəndən sonra isə vaqonu cəld tərk etməyə tələsirlər.

Ümumiyyətlə, oğlanın zarafatı hadisənin baş verdiyi “Polejayevskaya” stansiyasında qarışıqlıq yaradıb. Sözün əsl mənasında aləm bir-birinə dəyib. Sərnişinlər əvvəlcə vaqonları, sonra metronu tərk etməyə başlayıblar. Məsələyə polis müdaxilə edib. Oğlan həbs olunub. Ona xuliqanlıqla bağlı cinayət işi açılıb.

Dünyada 40 min nəfərdən çox koronavirusa yoluxmuş şəxs var. Bu virusa görə 910 nəfərin həyatını itirdiyi bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru