ABŞ-da supermarketdə baş vermiş atışmada 3 nəfər yaralanıb

11-02-2020, 06:13           
ABŞ-da supermarketdə baş vermiş atışmada 3 nəfər yaralanıb
ABŞ-ın Arkanzas ştatındakı “Walmart” supermarketlər şəbəkəsində baş verən atışma zamanı azı 3 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə ştatın şərqindəki Forrest-Siti şəhərində baş verib.

“WMC” telekanalının yerli filialının məlumatına görə, silahlı şəxs məhv edilib. Həmçinin yaralılardan ikisinin polis olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru