Rusiyadan ABŞ-a şok – Hərbçilər atəş açdı, 14 yaşlı uşaq….

14-02-2020, 00:37           
Rusiyadan ABŞ-a şok – Hərbçilər atəş açdı, 14 yaşlı uşaq….
Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzinin rəhbəri Yuriy Borenkov Qamışlı şəhəri yaxınlığındakı Əsəd rejiminə aid nəzarət nöqtəsində ABŞ konvoyunun saxlanıldığını açıqlayıb.
Borenkov amerikalı hərbçilərlə yerli xalq arasında qarşıdurma yaşandığını bildirib.
“Bir anda ABŞ əsgərləri atəş açdı. Nəticədə 14 yaşlı uşaq həyatını itirdi, bir mülki vətəndaş isə yaralandı”, – deyə rusiyalı rəsmi qeyd edib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri qarşıdurmanı dayandıraraq, ABŞ konvoyunu hərbi bazaya qayıtmağa məcbur edib.
Yayılan məlumatlara görə, silahlı şəbbihalar da Hırbet Ammo kəndindəki Əsəd rejiminə aid nəzarət nöqtəsindən ABŞ konvoyunun keçməsinə mane olmağa çalışıb.

Tərəflər arasında gərginlik yaşanıb və ABŞ hərbçilərinin atəş açması nəticəsində bir polis ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru