Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi

31-03-2020, 02:50           
Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pisləyib.

Publika.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

"Səudiyyə Ərəbistanının Ər-Riyad və Cazan şəhərlərindəki yaşayış sahələrini hədəf alan Hutilər tərəfindən təşkil olunan terror hücumunu pisləyirik. Azərbaycan ölkəsinin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı addımlarda Səudiyyə Ərbistanı ilə həmrəy olduğunu və dəstəyini ifadə edir",- deyə paylaşımda qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.