Yerdə Merkuri planetinin qalıqları tapıldı

28-06-2025, 16:14           
Yerdə Merkuri planetinin qalıqları tapıldı
Alimlər Yerdə Merkurinin qalıqlarını tapmağa nail olduqlarını hesab edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "IFL Science" məlumat yayıb.

Bu, Günəş sisteminin ən sirli planetini öyrənməyə imkan verəcək. Merkuriyə indiyədək iki kosmik gəmi göndərilib, lakin onların heç biri planetin səthinə enməyib.

Merkurinin səthi kraterlərlə örtülüdür və alimlər onların meteoritlərin güclü "bombardman"ı nəticəsində əmələ gəldiyinə inanırlar. Bununla belə, elm adamları bu yaxınlaradək Yerdə və kosmosda Merkurinin bir parçasını belə tapmayıblar.

Lakin iki qeyri-adi meteoritin ("Ksar Ghilane 022" və "Northwest Africa 15915") xassələrini tədqiq etdikdə, alimlər onların Merkurinin bir parçası olduğu qənaətinə gəliblər. Elm adamları 2026-cı ildə Merkuri ətrafında orbitə çıxacaq "BepiColombo" missiyasının köməyi ilə bir çox suallara cavab tapmağı planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru