Arıqlama dərmanlarının ölümcül fəsadları barədə XƏBƏRDARLIQ

Bu gün, 16:54           
Arıqlama dərmanlarının ölümcül fəsadları barədə XƏBƏRDARLIQ
"Ozempic", "Wegovy" və "Mounjaro" dərman preparatlarının istifadəsindən sonra yüzlərlə insanda kəskin pankreatit (mədəaltı vəzi iltihabı) qeydə alınıb, bəzilərində bu ölümlə nəticələnib".

Bu barədə Böyük Britaniyanın Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyi (MHRA) xəbərdarlıq edib.

Qurum arıqlama və şəkərli diabetin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanların təhlükəli yan təsiri olduğunu vurğulayıb.

Bildirilir ki, 2025-ci ilin əvvəlindən etibarən yüzlərlə belə hal qeydə alınıb. Məsələn, 22 nəfərdə "Ozempic", 101 nəfərdə isə "Mounjaro" istifadə etdikdən sonra pankreatit yaranıb.

Pankreatit qarın ağrısı, ürəkbulanma və qızdırma ilə müşayiət olunan ciddi vəziyyətdir və əksər hallarda hospitalizasiya tələb edir. Bu, GLP-1 preparatlarında nadir təsir kimi qeyd olunsa da, MHRA artan istifadə ilə əlaqədar halların da çoxaldığını bildirir.

Hazırda agentlik genetik faktorların rolunu araşdırmaq üçün "Yellow Card Biobank" tədqiqatına başlayıb. Xəstəxanaya yerləşdirilənlərə tüpürcək nümunələri əsasında DNT analizi təklif olunacaq.

İstehsalçı şirkətlər "Lilly" və "Novo Nordisk" vurğulayıblar ki, pankreatit preparat təlimatında nadir yan təsir kimi göstərilir və dərmanlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.