"Mercedes"lər geri çağırılır - Qəfil alışa bilərlər

28-06-2025, 15:14           
"Mercedes"lər geri çağırılır - Qəfil alışa bilərlər
"Mercedes-Benz" və Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi "AMG One" hiperkarlarını geri çağırdıqlarını elan ediblər. Bildirilir ki, avtomobillər yanğın təhlükəsi ilə üzləşib.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, istehsal olunan 275 avtomobildən 219-u və ya demək olar ki, 80%-i təmir edilməli olacaq. Onlardan 183-ü Almaniyadadır.

Qeyd edək ki, "Mercedes-AMG One" 1.6 litrlik V6 turbomühərriki əsasında çox mürəkkəb güc aqreqatı ilə təchiz edilib, lakin geri çağırılma səbəbi hiperkarın mühərriki ilə bağlı deyil. Alışma aktiv arxa qanadın hidravlik ötürücüsünün nasazlığı səbəbindən baş verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru