"Microsoft" 40 ildən sonra ilk dəfə "Windows"un "mavi ekranı"nı dəyişəcək

28-06-2025, 15:05           
"Microsoft" 40 ildən sonra ilk dəfə "Windows"un "mavi ekranı"nı dəyişəcək
"Microsoft" şirkəti təxminən 40 ildən sonra ilk dəfə olaraq "mavi ölüm ekranı"nın ("Windows" əməliyyat sistemində kritik nasazlıq baş verdikdə görünən ekrana gələn görüntü - red.) dizaynını dəyişəcək.

Bu barədə "The Verge" nəşri yazıb.

Qeyd edək ki, bu ilin əvvəlində korporasiya ekranın yaşıl olacağını elan etmişdi. Hazırda "Microsoft" rəngin qara olacağını bildirib.

Yenilənmiş ekrandan "kədərli gülüş" və QR-kod yox olacaq. Onların əvəzinə yanlışlıq kodu və problemə səbəb olan sistem drayveri haqqında məlumat əks olunacaq.

"Microsoft" şirkətinin vitse-prezidenti Devid Ueston bildirib ki, dəyişikliklər problemi daha tez aradan qaldırmaq üçün onun mahiyyətini anlamağa imkan yaratmaq məqsədi daşıyır.

"Microsoft" 2025-ci ilin yayında "Windows 11" üçün yenilənmədə yeni "mavi ekran" dizaynını təqdim edəcək. Eyni zamanda, şirkət "Quick Machine Recovery" funksiyasını da tətbiq edəcək ki, bu da yükləməni dayandırmış fərdi kompüterləri tez bərpa etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Microsoft" 1985-ci ildə "Windows"un ilk versiyasında "mavi ölüm ekranı"ndan istifadə etməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru