Belçika kralının uçuşu 24 saat gecikdi

28-06-2025, 15:54           
Belçika kralının uçuşu 24 saat gecikdi
Belçika kral ailəsi təyyarənin nasazlığı səbəbindən Çilidə əlavə 24 saat keçirməli olub.

Bu barədə express.co.uk məlumat yayıb.

Kral cütlüyü Antofaqasta hava limanından hökumət rəsmilərini, biznes liderlərini, alimləri və media nümayəndələrini daşıyan təyyarədə uçmalı idi, lakin uçuş-eniş zolağına gedərkən "Airbus" A340-300 təyyarəsində texniki nasazlıq yaranıb.

Qeyd edək ki, hadisə Belçika kralının son 60 ildə Latın Amerikasına ilk dövlət səfəri zamanı baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru