Yeni Baş prokurordan kadr dəyişikliyi: Şöbə rəisi işdən çıxarıldı

17-05-2020, 15:23           
Yeni Baş prokurordan kadr dəyişikliyi: Şöbə rəisi işdən çıxarıldı
Yeni Baş prokuror Kamran Əliyev Zakir Qaralovin bir neçə ay əvvəl təyin etdiyi rəisi işdən çıxarıb.
Teref.az “BakuPost”-a istinadən xəbər verir ki, K.Əliyevin dünən imzaladığı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Fərid Nağıyev vəzifəsindən azad olunub.
İşdən çıxarılan rəis Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Bundan sonra Fərid Nağıyev qurumun İstintaq İdarəsinin rəis müavini vəzifəsini icra edəcək.
Xəbəri Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru