Bakıda yükdaşıma şirkəti "Harley Davidson" motosikletini evakuatordan aşırıb - İDDİA+FOTO

17-05-2020, 15:29           
Bakıda yükdaşıma şirkəti "Harley Davidson" motosikletini evakuatordan aşırıb - İDDİA+FOTO
Bakıda yükdaşıma şirkəti "Harley Davidson" motosikletini evakuatordan aşırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ayxan Əhmədov adlı izləyici feyzbukda paylaşım edib.
O evakuasiya şirkətinin onlara dəyən ziyanı ödəməkdən boyun qaçırdığını bildirib.
A. Əhmədov salonda təzəsinin 29300 manat olan "Harley Davidson" motosikletinə dəyən ziyanı sığorta şirkətinin də qarşılamadığını yazıb: "Dostum Orxan Rəhmanlı xahiş etdi ki, maksimum paylaşım edim. Şikayəti 156 evakuasiya.az şirkətindəndir. Heç də ucuz olmayan "Harley Davidson" motosikletini evakuatordan aşırıblar. Çox ciddi xəsarəti var. Ziyanı ödəməkdən min-bir bəhanə ilə boyun qaçırırlar.
"HARLEY DAVIDSON İRON 883" markalı motosiklımı daşınarkən aşırdıblar. Hadisə isə qaydaları pozmanın nəticəsində baş verib. Sürücü sürətli sürüb mənim malımı bir sözlə məhv edib. Salon qiymətin hal-hazırda 29300 manatdır. Sığorta gəlmir, ofis mənə fırıldaq edir, maddi, mənəvi bir sözlə hər növ ziyan yetirməyə hələ də davam edirlər. Yaxın-uzaq hər bir kəsdən bunu paylmasını xahiş edirəm. 3 Aydır detal sifariş etmişdim onu gözləyirdim. Bütün həvəsimi heçnə etdilər. Çəkisi 263 kilo olan bir texnika aşarsa nə hala düşər özünüz təsəvvür edin. Çəkisi kifayətdir ki, daxili sistemini də məhv etsin, düşünün. Hələ də maraqlanmaq bilmirlər. Ancaq 5-10 deyib zaman udurlar. Sığortaları isə yoxdur. Yalandan hər yerdə sığortalı daşınma yazmaqlarına aldanmayın mənim kimi".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.