Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi

19-05-2020, 21:10           
Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi
Avropada mentollu siqaretlərin satışı və istifadəsi mayın 20-dən etibarən qadağan edilir.
“HaberGlobal” məlumat verir ki, Avropa Ədalət Məhkəməsinə mentollu siqaretlərin qadağan edilməsinə qarşı edilən etiraz prosesi dayandırmaq üçün kifayət etməyib.
Avropa İttifaqının (Aİ) 2014-cü ildə qəbul etdiyi və 2016-cı ildə qüvvəyə minmiş Tütün Direktivinə uyğun olaraq, Aİ ölkələrində mentollu tütün məhsullarına qadağa tətbiq olunub. Siqaret bazarında satış payı 3 faizdən çox olan mentollu siqaretlərin sağlamlığa zərərli olduğu və tütün qoxusunun qarşısını alaraq, siqaret çəkməyə təşviq etməsi səbəbindən qadağan edildiyi bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı dünyada hər il təxminən 8 milyon insanın siqaret çəkdiyi üçün erkən yaşda öldüyünü qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru