Rusiyada Mi-8 hərbi helikopteri qəzaya uğradı –Ölənlər var

20-05-2020, 01:06           
Rusiyada Mi-8 hərbi helikopteri qəzaya uğradı –Ölənlər var
Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Bu barədə RİA “Novosti”yə fövqəladə xidmətlərdəki mənbə bildirib.

Qeyd edilir ki, helikopter Klindən 20 kilometr məsafədə təlim-məşq uçuşu həyata keçirirmiş. Bu zaman o, sərt eniş edib. Müdafiə Nazirliyindən bildirilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər.

Helikopterin hər iki “qara qutu”su tapılıb/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.