Koronavirusun su samurundan insana yoluxması təsdiqləndi

20-05-2020, 06:25           
Koronavirusun su samurundan insana yoluxması təsdiqləndi
Niderlandın xəzlik heyvan fermasında koronavirus infeksiyasının su samurundan insana yoluxması qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Kənd təsərrüfatı nazirinin parlamentə ünvanlanan məktubuna istinadən “Reuters” agentliyi xəbər verib.

Apreldə Niderlandın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Şimali Barbant əyalətində iki xəzlik heyvan fermasında yaşayan su samurlarında COVID-19-a yoluxma qeydə alınıb. İyirmi mindən çox su samurunun yaşadığı fermalar ölkədə koronavirus epidemiyasının episentrindədir. Heyvanlar onlarda virusun əlamətlərinin yaranmasından, o cümlədən nəfəsalma ilə bağlı problemdən sonra testdən keçirilib.

Hakimiyyət orqanları ehtiyat tədbiri kimi fermalara girişi məhdudlaşdırıb, ancaq bildirilib ki, virusun heyvanlardan insana yoluxması riski yoxdur.

Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aprelin ikinci yarısında aşkarlanmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru