Avropada avtomobillərin alışı rekord həddə enib

20-05-2020, 08:27           
Avropada avtomobillərin alışı rekord həddə enib
Avropalılar 2020-ci ilin aprelində rekord həddə az avtomobil alıblar.

“Report” xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalı Assosiasiyasının məlumatında bildirilir.

Avropa İttifaqı ölkələrində qeydiyyata alınmış təzə avtomobillərin sayı 76,3 faizə düşüb.

İlin birinci dörd ayında təzə minik avtomobillərinə tələb 38,5 faiz enib. Ən aşağı göstərici üç avtomobil bazarı baxımından böyük olan ölkələrdə qeydə alınıb: İtaliyada (50,7 faiz), İspaniyada (48,9 faiz), Fransada (48 faiz) və Almaniyada (31 faiz).

Qeyd olunur ki, apreldə bəzi Avropa ölkələrində təzə avtomobillərə tələb minimum həddə enib. Cari mövsümdə Qərb ölkələrində 270 min avtomobil satılıb. Ötən ilin müvafiq dövründə isə satış 1,1 mln. avtomobil təşkil edib. Bu, sərt məhdudiyyətlərlə bağlı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru