Çində sutka ərzində dörd yeni koronavirusa yoluxma faktı aşkar edilib

22-05-2020, 02:27           
Çində sutka ərzində dörd yeni koronavirusa yoluxma faktı aşkar edilib
Çin hakimiyyəti son sutka ərzində ölkənin materik hissəsində koronavirus infeksiyası ilə bağlı dörd faktı aşkar edib, ölüm hadisəsi qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Məlumata əsasən, virus yoluxan 82 nəfər Çindəki tibb müəssisələrində (ötən gün ərzində altı nəfər sağalıb) yerləşdirilib, onlardan yalnız səkkizində koronavirusun yaratdığı xəstəlik ağır formada keçir.

Yeni hallar arasında şimal-şərq Tsilin əyaləti isə xaricdən gətiriləndir. Bütün müddət ərzində xaricdən gələnlərdən 1711 nəfər koronavirusa yoluxub, onlardan 1668-i artıq sağalıb.
ndə iki yerli hadisə, digər ikisi
Statistikaya görə, Çinin materik hissəsində yoluxanların 94,3% -i sağalıb. 2019-cu ilin dekabr ayından bu yana yoluxanların sayı 82,9 min nəfəri keçib. 15 aprel tarixindən etibarən ölkədə rəsmi olaraq ölüm hadisəsi baş verməyib (statistika düzəlişləri nəticəsində əlavə olunan hallar istisna olmaqla).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru