Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı – ANBAAN VİDEO

22-05-2020, 10:11           
Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı – ANBAAN VİDEO
Bakıda Post Patrul Xidməti (PPX) əməkdaşlarının təqib etdiyi şəxs motosikletin altında qalmaqdan son anda xilas olub.

Pravda.az-ın xəbərinə görə, paytaxtın Nizami rayonu 28 May küçəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Təqib edilən şəxs qəfil avtomobil yoluna qaçıb və motosiklet sürücüsünün cəldliyi nəticəsində faciənin qarşısı alınıb.

PPX əməkdaşları qısa zamanda həmin şəxsi tuta bilib. Diqqət çəkən məqamlardan biri polisin tutduğu şəxsə badalaq vurması olub. PPX əməkdaşının hansı səbəbdən həmin şəxsi təqib etdiyi məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.