Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu dünyasını dəyişib.
Unikal.org-un verdiyi xəbərə görə, 31 yaşlı Elvin Əliyev yıxılaraq, başı betona dəyib. O , xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum Baş Dövlət Yol Polisi İdarəsində işləyirdi.
Qeyd edək ki, bu barədə ilk xəbəri Qafqazinfo.az" saytı yayıb.