“Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar”

22-05-2020, 17:19           
“Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar”
Modelyer Elnarə Bəkirova “Azpetrol” yanacaqdoldurma məntəqəsində problemlə qarşılaşıb. E. Bəkirova “Qafqazinfo”ya bildirib ki, ötən gün axşam saatlarında Nobel prospektində yerləşən sözügedən yanacaqdoldurma məntəqəsində olub:

“Benzin çəni 66 litr tutur. Bunlar məndən 83 litr benzinin qiymətini alıblar.

Bu gün məsələni araşdırmaq üçün yanacaqdoldurma məntəqəsinə getdim. Mənimlə çox kobud danışdılar. 40 dəqiqə gözlətdilər. Əvvəl dedilər ki, gedin işçi gələndə gələrsiniz, araşdırarıq. Daha sonra mübahisədən sonra məsələni araşdırdılar və mənə 15 manat pul qaytardılar. Halbuki 24.90 qəpik ümumi ziyan dəymişdi. Məsələnin ictimailəşməsində məqsədim sürücüləri ehtiyatlı olmağa çağırmaqdır. Yanacaqdoldurma məntəqələri sürücüləri aldadırlar. Sürücülər diqqətli olmalıdırlar”.

Şirkətin nümayəndəsi məsələdən xəbərdar olduqlarını bildirib.

Qeyd edilib ki, araşdırma davam etdiriləcək: “Sürücü benzinini tam istifadə edib bitirdikdən sonra bizə müraciət etsin. Biz onun istəyinə uyğun seçdiyi yanacaqdoldurma mənqətəsində maşınının benzin çəninin nə qədər tutduğunu müəyyən edək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru