Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı

22-05-2020, 21:57           
Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən "Çinar" kafesində qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərən kafedə müştəri qəbulu həyata keçirildiyi məlum olub.

Müvafiq tədbirlərlə kafenin icarədarı Nahid Əliyev İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə 200 manat, digərləri isə 100 manat məbləğində cərimə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru