Ukraynada dəhşətli qətl - 7 dostunu öldürdü/Təfərrüat/Foto

23-05-2020, 00:08           
Ukraynada dəhşətli qətl - 7 dostunu öldürdü/Təfərrüat/Foto
Ukraynada 7 nəfərin ölümü ilə nəticələnən münaqişənin təfərrüatı bəlli olub.

Teleqraf.com xəbər verir ki, cinayətin baş verdiyi Jitomir vilayətinin polis ıdarəsi olayla bağlı açıqlama yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb, qətldə istifadə olunmuş silahı götürüblər.

İnsidentin münaqişə zəminində Popelyansk rayonunun Novoselitsa kəndinin sakini tərəfindən törədildiyi bildirilir. İcarədar olan yerli sakin münaqişə zəminində ov tüfəngindən atəş açaraq 7 nəfəri qətlə yetirib.

Təqsirləndirilən şəxsin xanımı isə bildirib ki, əri tez-tez dostları ilə balığa gedib, içki içirlərmiş. Bu gün ıçındən sonra dostları ərimi ələ salıblar ki, oğlanlarını hərbiyə göndərmir. Buna görə də, ərim silaha əl atıb.

Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru