"Airbus A320"un qəza yerində sağ uşaq tapıldı - ÜRƏKDAĞLAYAN VİDEO

23-05-2020, 07:05           
"Airbus A320"un qəza yerində sağ uşaq tapıldı - ÜRƏKDAĞLAYAN VİDEO
Pakistanın "Airbus A320" təyyarəsinin qəzaya uğradığı yerdə sağ uşaq tapılıb.

Publika.az "Rossiya 24"ə istinadla xəbər veri ki, uşağın ailəsinin təyyarənin düşdüyü yerdə dağılan evlərin birində yaşadığı ehtimal edilir.

Hələlik valideynlərin kimiliyi məlum deyil.

Bildirək ki, Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Kəraçi şəhəri yaxınlığında binalara çarpılıb.

Enişdən əvvəl pilot mühərrikdəki problemlər barədə dispeçerə məlumat verib.

Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilməyib.

Kadrlarda körpənin dağıntılar altından necə çıxarıldığını göstərilir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru