3 metrlik KOBRA uşaqların gözü önündə ilanı UDDU - VİDEO

22-06-2020, 13:52           
3 metrlik KOBRA uşaqların gözü önündə ilanı UDDU - VİDEO
Taylandın Praçinburi əyalətində üç metr uzunluğundakı kral kobra öz cinsindən olan digər ilanı uşaqların gözü önündə udub.

BİG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Newsflare" yazır.

Belə ki, 3,7 metr uzunluğunda olan ilan suda "qurban"ına hücum edərək sahilə çıxarır və udur. Hadisə yerinə gələn ilan ovçuları ağzından digər ilanın quyruğu görsənən ilanı tutub torbaya salırlar və meşədə, insanlardan uzaq bir yerdə azalığa buraxırlar.

Qeyd edək ki, kral kobra yer üzərindəki ən uzun zəhərli ilan hesab olunur. Onun zəhəri tənəffüs əzələlərinin iflicinə və nəfəsin kəsilməsinə səbəb olur. İlan vuran insan cəmi 15 dəqiqə sonra ölə bilər. Kral kobra əsasən digər növ ilanlarla qidalanır və üç aya qədər yeməksiz qala bilir.

2019-cu ildə Çin sakini kral kobra ilə selfi çəkərkən ilanın hücumuna məruz qalıb və onun sancması nəticəsində ölüb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.