Məktəbdə öskürən şagird sinifdən partasıyla birgə çıxarıldı

21-12-2020, 00:26           
Məktəbdə öskürən şagird sinifdən partasıyla birgə çıxarıldı
Rusiyanın Kareliya Respublikasında şagird dərs zamanı öskürdüyü üçün məktəb rəhbərliyi onu partası ilə birlikdə sinifdən çıxarıb. Bu barədə şagirdin valideyni "VKontakte" sosial şəbəkəsindəki "Petrozavodsk və Kareliya Valideynləri" ictimai qrupunda məlumat yayıb.

O, dəlil olaraq oğlunun sinifdən çıxarıldıqdan sonra çəkdirdiyi fotoları səsyazmaya əlavə edib.

Qadın məsələnin sonlandığını və "mübahisənin faydasız olduğunu" söyləyərək məktəbin nömrəsini qeyd etməyib və uşağı başqa bir məktəbə köçürdüyünü bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.