Bakıda övladları ilə birgə özünü binadan atan qadından şok açıqlama: - "Atası uşaqları narkotikə öyrəşdirmək istəyirdi"

21-12-2020, 10:45           
Bakıda övladları ilə birgə özünü binadan atan qadından şok açıqlama: - "Atası uşaqları narkotikə öyrəşdirmək istəyirdi"
Bakıda ana iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihar etmək üçün yerə tullanıb.

Hadisə bu gecə saatlarında Yasamal rayonunun Kənar Dairəvi yol-2 ünvanında baş verib.

1991-ci il təvəllüdlü N. C. 4 və 2 yaşlı oğlanlarını yaşadıqları evin eyvanından yerə atıb. Onların ardıyca isə özü də tullanıb.

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ər Cavid Cəfərov saxlanılıb, araşdırma aparılır. //Qafqazinfo.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru