ÜST: Dünyada koronavirusa yoluxanların sayı 570 mindən çox artıb
24-12-2020, 01:08
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 570 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 570 357 nəfər yeni koronavirusa yoluxub, 11 496 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 76 858 506, ölənlərin isə 1 711 498 nəfərə çatıb.