Bu gün Yerevanda müxalifətçilər Nazirlər Kabinetinin binasını bağlayacaqlar

24-12-2020, 09:05           
Bu gün Yerevanda müxalifətçilər Nazirlər Kabinetinin binasını bağlayacaqlar
Bu gün Ermənistanda etirazçılar Nazirlər Kabinetinin binasına giriş-çıxışı bloklamağa cəhd göstərəcəklər.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyan bildirib.

O, qeyd edib ki, Narizlər Kabinetinin bu günə planlaşdırılmış iclası Paşinyan hakimiyyətinin sonuncu toplantısı olmalıdır. Qeqam Manukyan bütün etirazçılara müraciət edərək, bu gün saat 10-da Nazirlər Kabinetinin binasını hər tərəfdən bloklamağa çağırıb. “Kim istəyirsə, binanı daha tez bloklasın ki, üzvlər ora girib-çıxa bilməsinlər. Onların iclası çoxdandır bir qəpiyə dəymir”, - Manukyan tərəfdarlarına müraciətində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru