Sevgisini qarşılıqsız qoyan qadını güllələdi - VİDEO

25-12-2020, 07:08           
Sevgisini qarşılıqsız qoyan qadını güllələdi - VİDEO
Moskvada 30 yaşlı qadına silahlı hücumun görüntüləri yayılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Kadrlarda binanın yaxınlığında dayanmış şəxs görünür. Gənc qızlar onun qarşısından keçir və bu zaman cinayətkar onlara yaxınlaşaraq atəş açır. Hadisə nəticəsində yaralanan qadının kliniki ölüm keçirdiyi qeyd olunur. Qadının rəfiqələri hadisə zamanı xəsarət almayıb.

Cinayətkarın qadını bir aya yaxındır izlədiyi qeyd olunur. Belə ki, o, 30 yaşlı qadına sevgisini etiraf etsə də, ondan “yox” cavabı alıb.

Faktla bağlı araşdırma başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru