Müsəlman qadının məhkəmədəki sözləri “ilin ən güclü sitatı” elan edildi...

25-12-2020, 10:09           
Müsəlman qadının məhkəmədəki sözləri  “ilin ən güclü sitatı” elan edildi...
2020-ci ilin ən güclü ifadəsinə görə mükafat Yeni Zelandiyanın Massey Universiteti tərəfindən atası Kraytsçerç məscidindəki terror hücumunda həlak olmuş gənc bir müsəlman qadına verilib.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Saranın atası Kasem Abdel-Fattah 2019-cu ilin martında ən-Nur məscidində bir terrorçu tərəfindən öldürülənlər arasında olub. Bu il Sara terrorçu Brenton Tarrantın məhkəməsində çıxış edərkən göz yaşlarına boğulub. Müsəlman qız bir duyğusallıq içərisində qatilə deyib: "Qoy bilinsin ki, bu göz yaşları sənə görə deyil".

Müsəlman qadın sitatının prestijli bir müsabiqədə qalib gəlməsinə təəccüblənib və insanlara dəstəklərinə görə təşəkkür edib.

"Məhkəmədəki bu açıqlama indiyə qədər etdiyim ən çətin şeylərdən biri idi" -deyə Sara bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru