Polşanın keçmiş prezidenti özünü müflis elan edib

26-12-2020, 08:18           
Polşanın keçmiş prezidenti özünü müflis elan edib
Polşanın keçmiş prezidenti, 1983 Nobel Sülh Mükafatı laureatı Lex Valensa pulunun olmamasından şikayətlənib.

“Report”un məlumatına görə, bunu Valensa “Polsat News” telekanalına müsahibəsində deyib.

“Bu il heç kim məndən hədiyyə almayacaq, çünki müflis olmuşam. Vaxtında pulum var idi, verirdim. Verdim və cibim boş qaldı. Əvvəllər aktiv həyat tərzi keçirirdim və kifayət qədər vəsait qazandırdım. Amma hazırda bitib”, - o bildirib.

Xatırladaq ki, L. Valesa 1990-1995-ci illərdə Polşanın prezidenti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru