Koronavirusa yoluxan hotel müdirinin sevgilisi ölü tapıldı
28-12-2020, 09:13
Türkiyənin Antalya bölgəsində yerləşən hotellərdən birində 26 yaşlı qızın meyiti aşkarlanıb.
“Haber Global” xəbər verir ki, beşulduzlu hotelin baş direktorunun sevgilisi, 26 yaşlı Cansu K.-nın cəsədi həmin hoteldəki nömrələrdən birinin hamam otağında asılı vəziyyətdə aşkarlanıb.
Məlumatlara görə, Cansu K. həmin oteldə təhlükəsizlik işçisi kimi çalışıb.
Polis hazırda qətl və intihar variantlarını araşdırır.