Çexiyanın Kolin şəhərində “Veolia Energy” elektrik stansiyasında güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə CT.24 portalı məlumat yayıb.
Bildirilib ki, stansiyada partlayışdan əvvəl yanğın müşahidə olunub. Hadisə zamanı xəsarət alan olmasa da, elektrostansiyaya külli miqdarda ziyan dəyib.
Partlayışdan sonra yaranan tüstü qatı şəhərin bir sıra məntəqələrindən müşahidə edilib.