Rusiya hərbçiləri yaralandı

30-12-2020, 05:22           
Rusiya hərbçiləri yaralandı
Rusiyanın hərbi polisinin 3 əməkdaşı Suriyada, İdlib deeskalasiya zonasında atəş nəticəsində yüngül xəsarətlər alıb.

Teref.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Onun sözlərinə görə, hadisə İdlib deeskalasiya zonasının cənub-şərq hissəsində, Trumba yaşayış məntəqəsi ərazisində, saat 15:45-də olub.

Rusiya hərbi polisinin BTR-82A zirehli avtomobili quldur dəstələrinin nəzarəti altında olan ərazidən tank əleyhinə idarə olunan raketdən atəşə tutulub. Raketin zirehli maşına düşməsi nəticəsində Rusiyanın 3 hərbi qulluqçusu yüngül xəsarətlər alıb. Hərbi qulluqçuların həyatı üçün təhlükə yoxdur.unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru