ABŞ həbsxanalarında məhkumların kameralardan çıxması müvəqqəti qadağan ediləcək

17-01-2021, 10:45           
ABŞ həbsxanalarında məhkumların kameralardan çıxması müvəqqəti qadağan ediləcək
ABŞ həbsxanalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Həbsxanaları Federal Bürosu məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək gücləndirilimiş rejim tədbirləri müvəqqəti olsa da, məqsəd cəzaçəkmə müəssisələrində daxili nizam-intizamın yüksəldilməsi ilə yanaşı, işçilərin, məhkumların, eləcə də ictimaiyyətin fasiləsiz təhlükəsizliyini təmin etməkdir.

Qərara əsasən, məhkumların gün boyu kameralardan çıxması qadağan ediləcək və ziyarətlərə məhdudiyyət qoyulacaq.

Büro sözügedən qaydanın sıradan bir təhlükəsizlik tədbiri olduğunu açıqlayıb. Xüsusi olaraq vurğulanıb ki, bu, heç də məhbusların kənardan hər hansı bir məlumat əldə etməyin qarşısını almaq məqsədi daşımır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru