Meksikada 13 nəfər güllələndi - VİDEO

1-03-2021, 07:02           
Meksikada 13 nəfər güllələndi - VİDEO
Meksikanın qərbindəki Xalisko ştatının Tonala bələdiyyəsində naməlum şəxslər 13 nəfəri güllələyib.

Publika.az "Kommersant"a istinadla xəbər verir ki, bölgə prokurorluğunda hadisə ilə əlaqədar istintaq başlanıb.

“Emiliano Sapata küçəsindəki səkinin üzərində güllə yarası almış 10 nəfərin cəsədi tapılıb. Bundan əlavə, yaxınlıqdakı evdə yenə də odlu silah yaraları olan yeniyetmə oğlanın meyiti aşkar olunub”, - deyə prokurorluqdan bildirilib.

Güllələnən bir qadın və bir uşaq olmaqla daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, cinayətkarlar üç avtomobildən ibarət avtokarvanla hərəkət ediblər. Hadisənin səbəbləri məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru