İran səfirliyinin avtomobili gülləbaran edildi – Əfqanıstanda şok olay

12-03-2021, 00:15           
İran səfirliyinin avtomobili gülləbaran edildi –
Əfqanıstanın paytaxtı Kabil şəhərində İran səfirliyinə məxsus avtmobil naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, naməlum silahlı şəxslər küçədə hərəkətdə olan İran səfirliyinə məxsus avtomobilə odlu silahlardan bir neçə dəfə atəş açıblar.

Atəş nəticəsində avtomobil yolkənarı maneələrə çırpılaraq dayanıb. Hücumda 1 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Hücumçular hadisə yerindən qaça biliblər. Yaralı şəxsin İran diplomatlarından olub-olmaması və onun kimliyi barədə hər hansı bir məlumat verilməyib.

Faktla bağlı aradırma aparıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru