Süveyş kanalı yenə bağlandı

29-03-2021, 20:54           
Süveyş kanalı yenə bağlandı
Bu gün Süveyş kanalında “Ever Given” konteyner gəmisi yenə hərəkəti dayandırıb.

Teref.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Süveyş Kanalı İdarəsindəki (SCA) mənbə bildirib: “Gəmi güclü külək üzündən eyni vəziyyətə qayıtdı, amma məsələ əvvəlki kimi qəliz deyil”.

Kanalın operator şirkəti “Gulf Agency Company”dəki mənbənin sözlərinə görə, dünən saydan çıxarılmış 400 metr uzunluğu, 224 min ton tutumlu “Ever Given” gəmisini hərəkətə gətirmək üçün işlər davam etdirilir, hələlik mühüm bir dəyişiklik yoxdur.

Qeyd edək ki, uzunluğu 400 metr olan “Ever Given” yük gəmisinin yükgötürmə qabiliyyəti 224 min tona bərabərdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirkən kanalın 151-ci kilometrliyində saya oturub.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru