Rusiyada taun virusu tapıldı

5-04-2021, 00:03           
Rusiyada taun virusu tapıldı
Rusiyada Afrika donuz taununun yeni ocağı aşkarlanıb.

Teref.az APA-ya istinadən bildirir ki, Kominin Sıktıvdinsk rayonunun Malaya Sluda kəndində şəxsi təsərrüfatlardan birində Afrika donuz taunu aşkarlanıb.

Komi Region Hökuməti hazırda taunun aşkarlandığı məkanda mütəxəssislərin taunun yayılmasının qarşısının alınması və ocağın lokallaşdırılması üçün çalışdığını açıqlayıb.

Bundan əvvəl 2021-ci ilin fevralında Komidə Sıktıvkar yaxınlığında başqa bir şəxsi yardımçı təsərrüfatda Afrika donuz taunu ocağı aşkarlanıb. Taun 13 heyvanın ölümünə səbəb olub. Fevralın 15-dən Sıktıvkar və Sıktıvdinsk rayonlarında, o cümlədən qismən Kortkerossk rayonunda Afrika donuz taunu ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunur. Karantin zonasında 840-dan çox donuz tələf edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru