Ermənistanda şəhər meri atışmada iştirak edib

5-04-2021, 07:52           
Ermənistanda şəhər meri atışmada iştirak edib
Ermənistanda atışma olub.

“Report” “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə Kotaysk əyalətində qeydə alınıb.

Tsaxkadzor şəhərində bir neçə nəfər arasında yaranan mübahisə silahlı insidentlə nəticələnib. Hadisə yerinə gələn polis əməkdaşları "Royal" kazinosunun avtodayanacağında ziyan vurulmuş “Hyundai Elantra” markalı avtomobili aşkarlayıblar. Ərazidə ov tüfənginin patronu aşkarlanıb. Atışma zamanı xəsarət alanların olub-olmaması açıqlanmır.

Qeyd edilir ki, polislər Ermənistan şəhərlərindən birinin merini hadisədə iştirak etmiş şübhəli kimi axtarırlar.

Fakt üzrə materiallar toplanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru