ABŞ-da atışma olub, xəsarət alanlar var

2-05-2021, 10:09           
ABŞ-da atışma olub, xəsarət alanlar var
ABŞ-da atışma olub.

Bu barədə "Report" “Cbsnews.com”a istinadən xəbər verir.

Məlumata görə, insident Viskonsin ştatında qeydə alınıb.

"Oneyda" kazinosunda baş verən atışma zamanı 7 nəfər xəsarət alıb.

"Hazırda "Oneeyda" kazinosunda atışma gedir. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsin yerinin müəyyənləşdirilməsi üzərində işləyirlər. Xahiş olunur şose 172-dəki kazino binasına yaxınlaşmayın", - deyə xəbərdə bildirilir.

Digər mətbu orqanlar isə hadisəni törədən şəxsin saxlanıldığını xəbər veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru