Vaksinasiyaya görə valideynlərini məhkəməyə vermək qərarına gəldi

23-06-2021, 07:30           
Vaksinasiyaya görə valideynlərini məhkəməyə vermək qərarına gəldi
Florensiyadan olan yeniyetmə valideynləri koronavirus əleyhinə peyvənd vurdurmağa qoymadığı üçün vəkillərə müraciət edib.

Bu barədə “RİA Novosti” Toskana Ailə Hüquqşünasları Birliyinə istinadla xəbər verib.

Məktəbli valideynlərinin peyvəndləri iyrənc adlandıraraq təhlükəli hesab etdiyini və ona vaksinasiya üçün yazılı icazə vermədiyini bildirib.

Ancaq məktəbli həm də birbaşa vəkil seçə bilməz. Bu səbəbdən sosial xidmətlər və məktəb Təhsil Nazirliyi vasitəsi ilə vəkillərə müraciət edib.

Vəkil müraciətin hələ ki, məhkəməyə çatmadığını və valideynlərin fikirlərini dəyişmələri üçün onlarla danışmağa çalışacağını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru