İranın cənubundakı Fars əyalətində 5.7 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Fars əyalətinin Kazirun rayonunun Haşt qəsəbəsində olan zəlzələ yerli vaxtla 19.04-də qeydə alınıb.
Zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi ifadə edildi.
Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə hələ bir məlumat verilmir.