ABŞ-da ticarət mərkəzində iki nəfər qətlə yetirildi, yaralılar var - VİDEO

27-10-2021, 08:09           
ABŞ-da ticarət mərkəzində iki nəfər qətlə yetirildi, yaralılar var - VİDEO
ABŞ-ın Aydaho ştatının Boys şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər qətlə yetirilib.

Bu barədə şəhərin polis idarəsinin nümayəndəsi mətbuat konfransı zamanı məlumat verib.

Hadisə Boys şəhərindəki ticarət mərkəzlərindən birində qeydə alınıb. Atışma nəticəsində altı nəfərin yaralındığı bildirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Mənbə: KTVB7 telekanalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.