ABŞ-da ekzotik-erotik “Hallowen” şənliyi qanlı bitdi: İki ölü, beş yaralı

31-10-2021, 10:11           
ABŞ-da ekzotik-erotik “Hallowen” şənliyi qanlı bitdi: İki ölü, beş yaralı
ABŞ-ın Kaliforniya ştatında “Hallowen” şənliyində atışma baş verib.

Hadisə ştatın Sakramento şəhərində baş verib.

Dairənin polis idarəsindən verilən açıqlamaya görə, polis əməkdaşları üç nəfəri yaralı halda aşkarlayıblar, daha iki nəfər isə artıq ölmüş olub. Ardınca daha iki nəfərin yaralı olduğu üzə çıxıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmasa da, bildirilib ki, sözügedən məkanda ekzotik-erotik “Hallowen” şənliyi keçirilirmiş.

Polis idarəsinin yaxınlığında baş vermiş hadisədə hansı tip silahın tətbiq olunduğu hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hücumu törədən şəxsi axtarır.

Mənbə: RİA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.