İsrailin hərbi helikopteri qəzaya uğrayıb 4-01-2022, 08:50 İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.Helikopterin qəzaya uğraması səbəbi və ekipajın vəziyyəti ilə məlumat yoxdur. Facebook-da paylaş