“James Webb” teleskopunun istilikdən mühafizə sistemi işə düşüb
5-01-2022, 12:24
Yeni il ərəfəsində fəzaya buraxılan “James Webb” kosmik teleskopunun istilikdən mühafizə sistemi işə düşüb.
SİA-nın xəbərinə görə, NASA-nın yaydığı məlumatda göstərilir ki, teleskopun fəaliyyətindəki əsas mərhələlərdən biri uğurla icra edilib. İstilikdən mühafizə təbəqəsi 5 laydan ibarətdir və avadanlığı günəş şüalarıdan qorumaq üçün nəzərdə tutulub.
Hərəsi bir tennis meydançası böyüklükdə olan qoruyucu təbəqə böyük olduğundan raketə qatlanmış şəkildə yığılıb. Hazırda Yerdən 900 000 km uzaqlıqda olan teleskop hərəkətini davam etdirir. Teleskopa Baltimordakı idarəetmə məntəqəsindən yüzdən çox mühəndis nəzarət edir.