Qadın hakimin məhkumla öpüşməsi qalmaqala səbəb oldu

6-01-2022, 10:18           
Qadın hakimin məhkumla öpüşməsi qalmaqala səbəb oldu
Argentinada qadın hakimin ömürlük həbs cəzası alan məhkumla öpüşməsi qalmaqala səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Komodoro-Rivadaviya şəhərində qeydə alınıb.

Belə ki, Mariel Suarez adlı qadın hakim cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilən Kristian Mai Bustos adlı şəxslə kamerada öpüşüb. Bunu əks etdirən görüntülərin yayılmasından sonra qadın hakimlə bağlı istintaq başladılıb.

Məlumata görə, Mariel Suarez Kristianın ömürlük həbs cəzasına baxılması üçün yaradılan komissiyada yer alıb. O, məhkuma bu cəzanın verilməsinə qarşı çıxaraq etiraz edib. Qadın hakimi ağır cəza gözlədiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru