Birinci Qarabağ müharibəsinin iştirakçısına qarşı dələduzluq edilib

6-01-2022, 11:54           
Birinci Qarabağ müharibəsinin iştirakçısına qarşı dələduzluq edilib
Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Aparılmış istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən Birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru