Ermənistan hərbçimizin meyitinin götürülməsinə razılıq verdi
17-04-2016, 21:54
Ermənistan aprelin 16-da gecə yarısı döyüş bölgəsində aşkarlanan Azərbaycan hərbçisinin meyitini qaytarmağa razılıq verib.
teref.az-nun məlumatına görə, musavat.com bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Ancaq diqqətçəkən budur ki, ciddi-cəhdlə Qarabağdakı separatçı rejimi danışıqlar masası arxasında oturtmağa çalışan düşmən ölkənin mətbuatı razılığın Dağlıq Qarabağın "müdafiə nazirliyi” tərəfindən verildiyi barədə xəbər yayıb. Dağlıq Qarabağın "müdafiə nazirliyinin mətbuat xidməti”nə istinadən bildirilir ki, artıq Azərbaycan tərəfinə həlak olmuş hərbçinin meyitinin götürülməsi üçün icazə verilib. Həmçinin vurğulanır ki, tanınma Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə aparıla bilər.