13 yaşlı oğlan bərkdən danışdığı üçün avtobusda ölümcül döyüldü - FOTO/VİDEO

27-05-2022, 09:48           
13 yaşlı oğlan bərkdən danışdığı üçün avtobusda ölümcül döyüldü - FOTO/VİDEO
Rusiyanın Ulyanovsk şəhərində dəhşətli hadisə qeydə alınıb. Belə ki, 13 yaşlı uşaq tramvayda üç kişi tərəfindən döyüldükdən sonra ölüb.

Hadisənin səbəbi kimi uşağın ictimai nəqliyyatda dostları ilə bərkdən danışması və arada söyüşlü ifadələr işlətməsi olub. Yaşlılardan biri uşağı məzəmmət etdikdən sonra ona şillə vurub. Daha iki kişinin tərəfini saxlayaraq yeniyetməni döyüblər. Sonda onlardan biri uşağı itələyib. Gicgahından zərbə alan uşaq huşunu itirib.

Yeniyetmə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məktəblinin dostları isə deyirlər ki, onlar söyüş söyməyiblər, sadəcə olaraq ucadan danışıblar. Bu isə yaşlı nəslin xoşuna gəlməyib.

Yeniyetmə ailənin yeganə övladı idi, davada və qalmaqallarda adı hallanmayıb.




Mənbə: 360 TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru